
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Mehman Rzayev saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, onun üzərindən və yaşadığı evin həyətində yerləşən təndirxanadan 2 kiloqram marixuana aşkarlanıb. Əlavə olaraq saxlanılan şəxsin həyətindən kultivasiya yolu ilə yetişdirdiyi 48 ədəd çətənə bitkisi də aşkarlanıb. M.Rzayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar aparılır.
Subyekt.az