Lənkəranda yol-nəqliyyat qəzası baş verib.
Hadisə rayonun Digah kəndi ərazisində baş verib.
Belə ki, Astaradan Lənkərana, xəstə gətirən Təcili və Təxirəsalınmaz Tibbi Yardım avtomobili Lənkəran rayon Şağlaküçə kənd sakini 1990-cı il təvəllüdlü Natiq Balakişi oğlu Şərifzadənin idarə etdiyi “Hundai Tucson” markalı minik avtomobili ilə toqquşub.
Qəzada, avtomobildə olan xəstə Astara rayon sakini Ağabacı Əsəd qızı Əhmədova və onun yaxınları Elnarə Elsevər qızı Əhmədova, Samir Rakif oğlu İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.
Ağabacı Əhmədova təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, “Hundai Tucson” sürücüsü N.Şərifzadə də Lənkəran rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin əməkdaşıdır.
Subyekt.az