![]()
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən yayılan məlumata görə, Azərbaycanın Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunda konsul vəzifəsində çalışan Ramil Rza oğlu İmranov xidməti fəaliyyətini yerinə yetirərkən faciəvi şəkildə həlak olub. Diplomatik nümayəndə Culfa–Təbriz avtomagistral yolunun Mərənd qəsəbəsi yaxınlığından keçən hissəsində idarə etdiyi avtomobilin qəzaya düşməsi nəticəsində həyatını itirib.
Hadisə ilə bağlı yayılan başsağlığı mesajında bildirilib ki, bu acı xəbər diplomatik ictimaiyyət və mərhumun həmkarları tərəfindən dərin kədər hissi ilə qarşılanıb. Xarici İşlər Nazirliyi mərhum diplomatın ailəsinə, yaxınlarına və xidmət etdiyi kollektivə dərin hüznlə başsağlığı verib, onlara səbir diləyib.
Qeyd olunub ki, Ramil İmranov uzun illər diplomatik fəaliyyəti dövründə Azərbaycan dövlətinə sədaqətlə xidmət edib.
Allah rəhmət eləsin.
Subyekt.az