![]()
Dövlət sərhədini pozan şəxslər saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinin məlumata görə, “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkar edilib.
Həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozan Əfqanıstan İslam Respublikası vətəndaşları – 24 yaşlı Əhmədi Enamullah Əbdülqafar və 23 yaşlı Taimani Cavid Muhəmmədəzim saxlanılıb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Subyekt.az