![]()
18 aprel 2026-cı il tarixdə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin yaxınlığındakı ərazidə ağacəkmə aksiyası keçirilmişdir.
Aksiyada Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, regional və digər idarə, müəssisə, təşkilatların rəhbərləri və kollektivləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Ağacəkmə aksiyasının keçirilməsində əsas məqsəd ətraf mühitin qorunması, yaşıllıq sahələrinin genişləndirilməsi, ekoloji tarazlığın bərpasına töhfə verilməsi və gənc nəslin təbiətə qayğı ruhunda tərbiyə olunmasıdır.

.

.

.

.

Subyekt.az