![]()
Gənclər və İdman Nazirliyinin beynəlxalq təmsilçiliyin dəstəklənməsi proqramı çərçivəsində şəhid övladları ABŞ-ə səfər edib.
İyulun 15-dən 26-dək Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Azərbaycanın ABŞ-dəki Səfirliyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu, ADA Universitetinin tərəfdaşlığı ilə şəhid övladları üçün “Zəfər” Amerika Yay Düşərgəsi keçirilib.
Düşərgə çərçivəsində cari tədris ili ərzində ali təhsil müəssisələrində ingilis dilində təhsil alan, yüksək akademik göstəriciləri və fəallığı ilə seçilən 10 nəfər şəhid övladı ABŞ-də zəngin akademik, mədəni və maarifləndirici proqramda iştirak edib.
Proqram çərçivəsində iştirakçılarla Azərbaycanın və Türkiyənin ABŞ-dəki Səfirliklərində görüşlər keçirilib. Düşərgə müddətində iştirakçılar üçün müxtəlif mövzularda təlimlər təşkil olunub, Vaşinqtonun tarixi və mədəni məkanlarına ekskursiyalar keçirilib.

.

.

Subyekt.az