![]()
İkinci Qarabağ müharibəsi şəhidi Elnur Mustafayevin atası Nəcəf Mustafayev oğlunun xatirəsinə ehtiram olaraq Elnur adlı bütün şəhidlərin fotolarını toplayıb və mərmər lövhədə yerləşdirərək unikal abidə ərsəyə gətirib.
Subyekt.az Musavat.com-a istinadla xəbər verir ki, əslən Kəlbəcər rayonundan olan şəhid Elnur Mustafayev ailənin tək oğlu olub.
44 günlük Vətən müharibəsində xüsusi qəhrəmanlıqları ilə seçilən Elnur Füzulinin azad olunması uğrunda döyüşlərdə şıhid olub.
Subyekt.az