
Şuşa teleqülləsinə bayrağımızı asan döyüşçü: “Çox həyəcan keçirirdim”
“Şuşaya daxil olanda teleqülləyə Azərbaycan bayrağını asmaq mənə tapşırılmışdı. Çox həyəcan keçirirdim. Qülləyə çıxanda, aşağıya baxanda hətta özümü itirib qorxmuşdum. Ancaq bu, bir anlıq oldu. Özümü ələ alıb dırmaşdım və möhtəşəm Azərbaycan bayrağını teleqülləyə asdım”.
Bunları vətən müharibəsi iştirakçısı, Qusarın Cağarqışlaq kənd sakini, 29 yaşlı Ceyhun Yəhyayev deyib.
Subyekt.az məlumatı Bizim.Media-nın şimal müxbiri Aytəkin Alxasının rəsmi səhifəsinə əsasən yayımlayır.
Keçmiş döyüşçü Zəfər Günü ilə yanaşı qeyd etdiyimiz Dövlət Bayrağı Günündə Vətən müharibəsindəki bu tarixi epizodu xatırladaraq özünü qürurlu və qalib Azərbaycanın qalib vətəndaşlarından biri hesab edir.
Subyekt.az