![]()
Bakı şəhərində müvəqqəti məskunlaşmış, Şuşa şəhərindən olan 40 yaşlı Yasən Tərxan oğlu Məmmədov 2026-cı il noyabrın 7-də dünyasını dəyişib.
Məlumata görə, “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı olan Yasən Məmmədov futbol oyunu zamanı qəfil ürək tutması nəticəsində vəfat edib.
Ailəli olan mərhum iki azyaşlı övlad atası idi. Onun atası Tərxan Məmmədov Birinci Qarabağ müharibəsinin veteranıdır.
Qeyd edək ki, Yasən Məmmədov Qurban Sadıqovun qaynı oğludur.
Mərhumun vaxtsız vəfatı ailəsi, yaxınları və onu tanıyan insanlar üçün ağır itkidir.
Subyekt.az xəbər portalının kollektivi Yasən Məmmədovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailə üzvlərinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin! Ruhu şad, məkanı cənnət olsun!
Subyekt.az