
Suriyadakı müxalif qruplar Əsəd rejiminə qarşı irəliləyişlərini sürətlə davam etdirirlər. Türkiyə mediasına istinadən xəbər verilir ki, Hələbin Əsəd rejimindən, Tel Rifatın isə PKK/YPG-dən geri alınmasından sonra bölgədə böyük bir köç hərəkatı yaşanır. Son 5 gündə ən az 200 min insan ölkə daxilində yer dəyişdirib. Məlumata görə, suriyalılar ən çox Hələb, Tel Rıfat və Afrinə qayıdırlar.
Subyekt.az