
Aşura günü qana ehtiyacı olan xəstələrə yardım məqsədilə Suraxanı rayonu Qaraçuxur məscidində təşkil olunmuş könüllü qanvermə aksiyasında Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, RİHB-nin müavinləri, rayon ictimaiyyəti iştirak ediblər.
500-ə yaxın vətəndaşın iştirak etdiyi aksiyada hər bir donorun sağlamlığı həkim-hematoloqlar tərəfindən öncədən yoxlanılmış və tibbi müayinədən sonra 200-dən artıq şəxsdən qan götürülmüşdür.
Qana ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunması məqsədilə təşkil olunmuş və artıq ənənə halını almış bu humanist aksiyada iştirak edən hər kəsə İcra Hakimiyyəti adından minnətdarlığımızı bildiririk.







Subyekt.az