
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının təqdim etdiyi Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 55-ci ildönümünə həsr olunmuş “Dövlətə və xalqa xidmətin ali meyarı – Ulu Öndər Heydər Əliyevin Hakimiyyət illəri” adlı tədbirdə iştirak edib.
Subyekt.az xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin Suraxanı rayonunda ucaldılmış abidəsi ziyarət olunub.
Suraxanı Rayon Heydər Əliyev Mərkəzini ziyarət edən Rayon İcra Hakimiyyətinin başçısına Ulu Öndərin Suraxanı rayonuna səfərləri, keçirdiyi görüşlər barədə geniş məlumat verilib.
Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Heydər Əliyevi unudulmaz edən səbəblər – Sovet və Müstəqillik dönəmi” adlı sənədli film nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov tədbir iştirakçılarını salamlayaraq Ulu Öndərin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən danışıb.
Tədbirdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev qüdrətli Azərbaycanın Ümummilli Liderin sənət əsəri olduğunu bildirib.
O bildirib ki, Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi illər tariximizdə xüsusi yer tutub. 1969-cu ilin 14 iyul tarixində başlanan tariximizin şanlı səhifəsi uğurla davam edib.
Bugünkü qüdrətli Azərbaycanın Ulu Öndər Heydər Əliyevin sənət əsəri olmasını qeyd edərək, Liderin qoyduğu siyasi xəttin Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.
Tədbirin sonunda uzun illər səmərəli fəaliyyətinə görə YAP Suraxanı Rayon Təşkilatının bir neçə partiya üzvü təltif olunub.
Subyekt.az