![]()
Sumqayıt şəhərindəki qəbiristanlıqda meyiti tapılan 28 yaşlı Ülvü Əlisəfa oğlu Xasayzadənin həm veteran, həm də tələbə olduğu məlum olub.
Subyekt.az Sfera.az -a istinadla xəbər verir ki, o, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Qiyabi və Əlavə Təhsil Mərkəzinin “Sosial iş” ixtisası üzrə 3-cü kursunda təhsil alırmış.
Ü. Xasayzadə Cəbrayıl, Füzuli və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, ölkə başçısının sərəncamları ilə 5 medalla təltif olunub.
Qeyd edək ki, Ülvü ailənin yeganə övladı olub. Sabah – aprelin 16-da onun 28 yaşı tamam olacaqdı. Ölüm səbəbi hələlik məlum deyil.
Məlumat üçün bildirək ki, mərhum Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yaşayırmış.
Faktla bağlı araşdırma aparılır.
Subyekt.az