![]()
Bu gün Azərbaycanın Xalq artisti, tanınmış teatr aktyoru Süleyman Nəcəfovun anadan olmasının 78 illiyi tamam olur.
Süleyman Nəcəfov 1948-ci ildə İrəvan şəhərində anadan olub. Xoreoqrafiya Texnikumunu bitirdikdən sonra yaradıcılıq fəaliyyətinə rəqqas kimi başlayıb, daha sonra Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyət göstərərək Azərbaycan teatr sənətinin inkişafına mühüm töhfələr verib.
Sənətkar “Maral”, “Aydın”, “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Müsyö Jordan və Məstəli şah”, “Toros canavarı” və digər tamaşalarda yaratdığı yaddaqalan obrazlarla tamaşaçıların rəğbətini qazanıb. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə əvvəlcə Əməkdar artist, 2007-ci ildə isə Xalq artisti fəxri adına layiq görülüb.
Süleyman Nəcəfov 2012-ci ildə vəfat edib. Onun zəngin yaradıcılığı və səhnədə yaratdığı unudulmaz obrazlar bu gün də böyük ehtiramla yad edilir.
Subyekt.az