![]()
Ağcabədi rayonunda 9-cu sinifdə təhsil alan qız özünü asıb.
Onun sözlərinə görə, hadisənin başvermə səbəbləri rəsmi şəkildə açıqlanmasa da, müxtəlif ehtimallar müzakirə olunur. İddialara görə, ötən il sosial şəbəkələrdə yeniyetmənin görüntüləri yayılıb. Buna görə məktəb rəhbərliyi qızın ailəsini söhbətə çağırıb. Bu dərs ilində isə şagird təhsilə daha ciddi yanaşıb, davamiyyəti yaxşı olub.
Hadisə baş verən gün məktəbli dərsə gəlməyib. Ailəsinin bildirdiyinə görə, anası əməliyyat olunduğu üçün icazə alıb, valideynlər günorta saatlarında xəstəxanada olan zaman evdə tək qalan qız özünü asıb.
K.Ağazadə intihar edən yeniyetmənin kimliyini açıqlamayıb. O, bunu araşdırma getməsi ilə əsaslandırıb.
Subyekt.az