![]()
Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə əsasən, son 5 ildə Azərbaycana ən böyük turist axını 2024-cü ildə qeydə alınıb və bu say 1 855 113 nəfər olub. Daha ətraflı desək ötən il Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin göstəricisinə nisbətən 32,3% və ya 452 513 nəfər çox olub. Bu artım Azərbaycanın turizm potensialının gücləndiyini, beynəlxalq bazarda daha cəlbedici məkanlardan birinə çevrildiyini və turizm sahəsində həyata keçirilən strategiyaların uğurla nəticələndiyini göstərir. Rəsmi məlumatlar əsasında aparılan təhlil zamanı məlum olub ki, bütün dünyada olduğu kimi ölkəmizdə də turist sayı yalnız pandemiya dövründə yəni 2021-ci ildə azalıb. Həmin il Azərbaycana gələn turist sayında 11,1% azalma qeydə alınıb. Aşağıdakı cədvəldən də göründüyü kimi pandemiya dövründən sonra ölkəmizə gələn turistlərin sayı hər il artıb.
Subyekt.az