![]()
Xaçmaz rayonunda yerləşən “Müqəddəs möcüzəvi Nikolay” pravoslav kilsəsində Pasxa bayramı qeyd olunub. Ölkəmizin şimal rayonlarında yaşayan xristian icmasının üzvləri gecə saatlarından kilsəyə gələrək dini ayinlər icra edib, dualar oxuyub, bayram süfrəsi açıblar.
Mərasimdə Prezident İlham Əliyevin Azərbaycanın pravoslav xristian icmasına ünvanladığı bayram təbriki oxunub.
Qeyd edək ki, Pasxa xristianların ən qədim bayramlarından biridir.

.

.

.

Subyekt.az