![]()
Subyekt.az bildiriir , Ajans.az xarici mediaya istinadən xəbər verir ki, “MV Hondius” gəmisində ümumilikdə 147 nəfər — 88 sərnişin və 59 heyət üzvü olub. Son məlumatlara görə, sərnişinlərdən yeddisi yoluxub, onlardan üçü həyatını itirib, bir nəfərin vəziyyəti isə ağırdır.
İspaniya hakimiyyəti isə göyərtəsində hantavirus qeydə alınan Hollandiya kruiz gəmisi “MV Hondius”un Kanar adalarındakı limanlardan birinə yan almasına icazə verib. Qərarın Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və Avropa İttifaqı ilə koordinasiya edilmiş tövsiyələri əsasında qəbul edildiyi bildirilir.
Hazırda gəmi Kabo-Verde adaları yaxınlığında lövbər salıb. Yola düşməzdən əvvəl Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) mütəxəssisləri vəziyyəti qiymətləndirəcək və təcili təxliyəyə ehtiyacı olan şəxsləri müəyyən edəcəklər.
Daha sonra gəmi Kanar adalarına doğru hərəkət edəcək. Səfərin təxminən üç-dörd gün davam edəcəyi gözlənilir, lakin konkret liman hələ müəyyən edilməyib. İspaniyaya çatdıqdan sonra bütün sərnişin və heyət üzvləri tibbi müayinədən keçiriləcək, onlara lazımi yardım göstəriləcək və daha sonra öz ölkələrinə göndəriləcəklər.
Subyekt.az