![]()
Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) yeni sədr müavini təyin edilib.
Subyekt.az “Report”a istinadən xəbər verir ki, bu barədə QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə İdarənin Qazılar Şurasının bugünkü geniş iclasında məlumat verib. Onun sözlərinə görə, bu vəzifəyə Ceyhun Rüstəmov təyin olunub.A.Paşazadə bildirib ki, bu təyinat QMİ-də daha bir müavinə ehtiyac olduğuna görə həyata keçirilib. Qeyd edək ki, C.Rüstəmov həm də Nərimanov rayonu Cümə məscidinin imamıdır.