Saxara səhrasına misli görünməmiş leysan yağdı: Turistlər həlak oldu Görünməmiş leysan yağışları dünyanın ən böyük isti səhrası Saharanı vurub, yerli sakinlər və turistlər ölüb və enerji obyektlərinə ziyan dəyib. Yayılan xəbərə görə, güclü yağışlar Şimali Afrikanın səhra ərazilərini vurub. Nəticədə Mərakeşin cənub-şərqində yerləşən kiçik Merzuqa yaşayış məntəqəsinə ziyan dəyib. Qeyd olunur ki, bu ərazidə güclü yağışlardan sonra qurumuş landşaftda əsl göllər əmələ gəlib. “Səhralarda ənənəvi olaraq ən az yağış yağır – Saharada orta yağıntı ildə kvadrat metrə təxminən 45 litrdir. Eyni zamanda, rəsmi məlumatlara görə, yalnız sentyabrın əvvəlində bu səhranın bəzi bölgələrində kvadrat metrə 99 litr yağış yağdı”, – xəbərdə vurğulanır.
Subyekt.az