Xəbər verdiyimiz kimi, bu Şarl Mişel gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşüb.

Şarl Mişel “X” sosial şəbəkə hesabında görüşlə bağlı paylaşım edib.

Mişel İlham Əliyevlə İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılmasını müzakirə etdiyini bildirib.

“Ötən həftə Budapeştdə baş nazir Nikol Paşinyanla fikir mübadiləsi apardıqdan sonra biz Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesinin vəziyyətini müzakirə etdik”, – Mişel paylaşımda bildirib.

Subyekt.az