
Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur-Abşeron kanalı üzərində yerləşən yeni körpüdə tikinti işləri yekunlaşmaq üzrədir.
Subyekt.az News24.az-a istinadla xəbər verir ki, körpünün martın sonu – aprelin əvvəli istifadəyə verilməsi planlaşdırılır.Artıq piyadalar körpü üzərindən hərəkət edirlər.Xatırladaq ki, 1970-ci ildə inşa edilən körpü qəzalı vəziyyətdə olduğu üçün ötən ilin dekabrında sökülüb.Yeni körpünün tikintisi üçün 9 milyon 960 min manat vəsait ayrılıb.
Subyekt.az