![]()
Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə kənd təsərrüfatı sahələrində yanğın törədən şəxslər müəyyən olunaraq məsuliyyətə cəlb edilib.
Şamaxı rayonunun Məlhəm kəndində 38 yaşlı Kənan Səlimovun səbəb olduğu yanğın nəticəsində 1 hektar quru ot sahəsi yanıb.
Şabranda isə Taxta Körpü su anbarı yaxınlığında 2 hektar ərazidə quru ot və kol-kosun yandırıldığı aşkarlanıb. Hadisəni törədən rayon sakini Şakir Kamilov saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb və 400 manat cərimə olunub.
Subyekt.az