Hadisə Salyan şəhəri, 20 Yanvar küçəsindəki evin həyətində baş verib. Orada yaşayan, 13 yaşlı Əfsər Elşən oğlu Səlimov yelləncəyi açmaq istəyərkən ehtiyatsızlıqdan başının düyünə keçməsi nəticəsində boğularaq ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.