![]()
Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş Rauf Abuşov saxlanılıb.
Onun üzərindən və yaşadığı ünvandan 5 kiloqram marixuana və çətənə kolları aşkarlanaraq götürülüb.
R.Abuşov narkotik vasitəni sosial şəbəkələr vasitəsilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Subyekt.az