
Milli Məclisin sədri Sahibə Qafarova Pakistan İslam Respublikası
Senatının sədri Seyid Yusuf Rza Gilani ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində Daşkənd şəhərində Pakistan İslam Respublikası Senatının sədri Seyid Yusuf Rza Gilani ilə görüşüb.
Görüşdə dost və qardaş ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair geniş fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, Azərbaycan və Pakistan arasında strateji münasibətlər dostluq və qardaşlıq prinsipləri əsasında qurulub. Dövlət başçılarının qarşılıqlı səfərləri münasibətlərin daha da genişlənməsinə stimul verib. Vurğulanıb ki, ölkələrimiz həm ikitərəfli əsasda uğurlu əməkdaşlıq əlaqələrinə malikdir, həm də bütün beynəlxalq platformalarda bir-birini daim dəstəkləyir.





Subyekt.az