![]()
“Sağlam Həyat Uğrunda “-Gənclərin İctimai Birliyi, Azərbaycan Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, 1 saylı Regional Ekologiya Təbii Sərvətlər İdarəsinin, Astara rayon Mirzə Ələkbər Sabir adına 1 saylı tam orta məktəbi,Astara rayonu Kijəbə qəsəbə tam orta məktəbin tərəfdaşlığı ilə “Sağlam Gənc : Region Gənclərinin Ekoloji Maarifləndirmə Marafonu ” adlı layihə çərçivəsində Astara rayon Mirzə Ələkbər Sabir adına 1 tam orta məktəbi və Astara rayon Kijəbə qəsəbə tam orta məktəbində maarifləndirici tədbirlər keçirdi.
Subyekt.az xəbər verir ki, Tədbirin asas məqsədi: Gənclərin ekoloji fəallığını artırmaq, gənclərin ekoloji davranışlarının formalaşdırılması və ekoloji maarifləndirməni təmin etməkdən ibarətdir.
Layihə koordinatoru Gülnar Nəsibli çıxış edərək bildirib ki, müasir dünyada ekoloji problemlər getdikcə aktual məsələyə çevrilir. Bu baxımdan, gənclərin ekoloji maarifləndirilməsi dayanıqlı inkişafın əsas şərtlərindən biridir.Layihənin əsas məqsədi gəncləri ekoloji məsələlərdə dost davranışlara təşviq etməkdir.
1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı, “Yaşıl dünya naminə” kitabının müəllifi ekoloq Bəxtiyar Hüseynov çıxış edərək qeyd edib ki, ekoloji maarifçilik ətraf mühitin qorunmasına dair biliklərin artırılmasına, təbii resurslardan düzgün istifadənin təşviqinə xidmət edir. Region gəncləri üçün ekoloji marafonlar onların bilik və bacarıqlarını inkişaf etdirməyə, həmçinin ekoloji problemlərin həllinə yönəlmiş fəaliyyətlərdə iştiraklarını artırmağa imkan yaradır.
Bəxtiyar Hüseynov qeyd edib ki, hər kəsin bu təşəbbüsə öz töhfəsini verəcəyinə inanırıq və davamlı fəaliyyətlərin dəstəkləyicisiyik.
Layihə çərçivəsində təbii resurslardan düzgün istifadə qaydaları, enerji, iqlim dəyişiklikləri və digər ekoloji mövzular ətrafında
məlumatlar vermək məqsədi ilə video çarx nümayiş olundu. Şagirdlər video çarx ətrafında gedən müzakirələrdə aktiv iştirak edib,ekoloji maarifləndirici aksiyalarda əvvəlki təcrübələrini bölüşüblər.
Həmçinin, maariflandirici bukletlər paylanılıb. Sonda şagirdlərlə xatirə şəkilləri çəkilib.
























#LənkəranAstaraRTİ
#Astara1saylıməktəb
#AstaraKijəbəqəsəbətamortamortaməktəbi
#AzərbaycanGənclərvəİdmanNazirliyi
#EkologiyatəbiisərvətlərNazirliyi
Subyekt.az