![]()
“Gəncləri zərərli vərdişlərdən qorumaq, sağlam düşüncə ilə böyümələrinə dəstək olmaq bizim əsas vəzifəmizdir.”
Bu mesajla Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları növbəti görüşlərini Köhnəqala kənd orta məktəbində keçiriblər.
Subyekt.az xəbər verir ki, Tədbirdə gənclərə zərərli vərdişlərin fəsadları, sağlam həyat tərzinin əhəmiyyəti, eləcə də erkən nikah və dini radikalizmin yaratdığı sosial və mənəvi təhlükələr barədə ətraflı məlumat verilib.
Tovuz RPŞ-nin rəisi, polis polkovniki Habil Əmiraslanov çıxışında qeyd edib ki, bu cür görüşlər gənclərin dünyagörüşünün formalaşmasına, düzgün istiqamət seçmələrinə və cəmiyyətə faydalı fərdlər kimi yetişmələrinə mühüm töhfə verir.
Tədbir səmimi müzakirə şəraitində keçib, şagirdlərin sualları polis əməkdaşları tərəfindən cavablandırılıb.

#Maarifləndir #Çağırış #NarkomaniyayaYox
#KibercinayətkarlığaQarşı #ErkənNikahaYox
#SağlamGənclik #MaarifləndiriciGörüş #PolisOl #HüquqMühafizə #Polistədbirləri #Məktəb #PolisMaarifləndirir #MəsuliyyətUnutma #SağlamCəmiyyət #DİNMaarifləndirir
Subyekt.az