![]()
Bildiyimiz kimi, ötən gündən başlayan güclü yağış Şabran rayonunda fəsadlar törədib.Subyekt.az bildirir ki, bu barədə görüntülər sosial mediada Atayeva Günay adlı xanım tərəfindən yayılıb. Rayonun 20 Yanvar küçəsində güclü sel fərdi yaşayış evini dağıdıb. Bir neçə evi isə yararsız hala salmışdır.
Firəngiz Sabirqızı
Subyekt.az