
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi SABAH qrupları layihəsinin bakalavriat səviyyəsində 2024/2025–ci tədris ilinin payız semestri üçün müvafiq ixtisaslar üzrə fənlərin tədrisi məqsədilə professor-müəllim heyəti saathesabı qaydada işə dəvət olunur
Seçiləcək professor-müəllim heyətinin vəzifələri:
Bakalavriat səviyyəsində keyfiyyətli tədrisin aparılması;
Kurs sillabusunun hazırlanması;
Tələbə biliyinin vaxtında və düzgün qiymətləndirilməsi;
SABAH qrupları layihəsinin tədrisin aparılması metodikası və təkmilləşdirmə ilə əlaqədar müvafiq təlimlərin keçirilməsi üzrə tələblərə riayət edilməsi;
Müvafiq ali təhsil müəssisənin daxili intizam və sənədləşmə qaydalarına riayət edilməsi;
Həmkarlar və tələbələrlə münasibətdə etik davranış qaydalarına riayət edilməsi.
Müsabiqədə iştirak etmək üçün tələblər:
Ən azı üç il ali təhsil pilləsində pedaqoji təcrübəyə və (və ya) sahə üzrə iş təcrübəsinə malik magistr və daha yüksək elmi dərəcəyə malik olması;
Xarici ali təhsil müəssisəsindən alınmış diplomun Azərbaycan Respublikasının müvafiq orqanı tərəfindən nostrifikasiyasının (tanınmasının) olması;
Tədris edəcəyi fənn və müvafiq ixtisas üzrə hərtərəfli biliyə və müasir ədəbiyyatla tanışlığa malik olması;
Tədrisdə İKT-dən hərtərəfli istifadə edə bilməsi;
İnnovativ tədris metodlarını tətbiq edə bilməsi;
Tədrisdə müasir pedaqoji yanaşmalardan istifadə edə bilməsi;
Mövzunu təqdimetmə və fikrini səlis çatdırma bacarığına malik olması;
Dinamik, təşəbbüskar, pozitiv olması;
Geniş dünya görüşü və SABAH qruplarında müvafiq fənni tədris etməsi üçün xüsusi motivasiyanın olması
Qeyd edilən vəzifə və tələblərə uyğun gələn namizədlər aşağıdakıları nəzərə almalıdır:
İngilis dili fənni üzrə tədris kvalivkasiya sertifikatlarının (TKT, TESOL, CELTA, DELTA və s.) olmasına üstünlük veriləcək;
SABAH qruplarında tədrisin aparılmasının onun əsas iş yeri ilə razılaşdırılması öhdəliyi müraciət edənin üzərinə düşür;
Hər bir namizəd ən çoxu 2 fənn üzrə müraciət edə bilər;
Vakant fənlərin siyahısına ”Fənlər” bölməsində baxa bilərsiniz;
Müraciət etmək üçün ”Müraciət forması”nı bölmələr üzrə tam doldurmağınız tələb olunur;
Qeydiyyatınızı tamamladıqdan sonra sənədlərinizin (şəxsiyyət vəsiqəsi, diplomlar və onların nostrifikasiyası, pedaqoji və iş təcrübəsi ilə bağlı müvafiq arayış və ya əmək kitabçası, sertifikat, CV, fənn sillabusu) surətlərini master_teacher@sabah.edu.az ünvanına göndərməyiniz tələb olunur;
Qeydiyyat ilə bağlı sual yarandıqda, master_teacher@sabah.edu.az ünvanına müraciət edə bilərsiniz;
Yalnız müsahibə mərhələsinə keçmiş namizədlərlə anketdə qeyd etdikləri email ünvanı vasitəsilə qeydiyyat bağlandıqdan sonra 15 iş gün ərzində əlaqə saxlanılacaq;
Müsahibə mərhələsi 3 meyar üzrə (sahə üzrə bilik və bacarıqlar, SABAH qruplarında tədris etmə motivasiyası və kommunikasiya bacarıqları və təqdimat bacarıqları) aparılacaq;
Bu seçim müvafiq fənn üzrə yalnız 2024/2025-ci tədris ilinin sonunda qrupları layihəsi İcra Komitəsinin isə mütləq təminatı yoxdur.
Müsabiqədə iştirak üçün son müraciət tarixi – 30.06.2024-cü il, 23:59
QEYD: Seçim zamanı elmi dərəcə, müvafiq sahə üzrə iş və ya ali təhsil müəssisəsində tədris təcrübəsi və xaricdə təhsilin olmasına üstünlük veriləcəkdir.
Subyekt.az