![]()
Qarlı hava şəraiti ilə bağlı UNEC və AzTU-da bütün dərslər onlayn formatda keçiriləcək. Subyekt.az “Qafqazinfo” xəbər verir ki, bu barədə universitetlər məlumat paylaşıb. Qeyd edək ki, artıq Sumqayıt Dövlət Universiteti (SDU) da sabah dərslərin onlayn formatda keçiriləcəyini açıqlayıb. Azərbaycan Universiteti, Xəzər Universiteti, Bakı Biznes Universiteti və Bakı Avrasiya Universiteti, Bakı Slavyan Universiteti və ADPU da sabah dərslərin onlayn olacağını açıqladı. Sabah Azərbaycan Dövlət Neft və Sənaye Universitetində də dərslər onlayn olacaq. Sabah Azərbaycan Dillər Universiteti (ADU) və Azərbaycan İlahiyyat Universitetində də dərslər onlayn keçiriləcək. Bakı Dövlət Universiteti və ADMİU-da da sabah dərslər onlayn qaydada keçiriləcək.
Subyekt.az