
Sabah Bakıda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə atəşfəşanlıq təşkil ediləcək.
Subyekt.az Report-a istinadən xəbər verir ki, şəhər sakinləri və qonaqlar atəşfəşanlığı seyr etmək üçün dekabr 31-i saat 00:00-da Dənizkənarı Milli Parka, Saat qülləsinin ətrafına gələ bilərlər. Bakıda Dənizkənarı Milli Parkda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə konsert porqramı nəzərdə tutulmayıb.
Hər il ənənəvi olaraq təşkil edilən konsert proqramı ilə bağlı bulvarda heç bir hazırlıq işləri görülməyib, səhnə quraşdırılmayıb.
Subyekt.az