Sumqayıt şəhərinin Corat qəsəbəsində mövcud qaz sayğaclarının yeni xəttin üzərinə köçürülməsi ilə əlaqədar qaz təchizatında fasilə yaranacaq.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, bu gün saat 11:00-dan etibarən işlər yekunlaşana qədər Corat qəsəbəsində “Dörd yol” və ətraf ərazilərdə 700 abonentin qaz təchizatı dayandırılacaq.