![]()
Ermənistan Respublikasının hörmətli vətəndaşları, əziz erməni qonşularımız!
Tarixi əhəmiyyət daşıyan seçkilərə sayılı günlər qalmış sizə müraciət edirəm. Bu müraciəti həbsxanadakı təkadamlıq kameramdan və bir gürcü kimi edirəm.
Uzun illər ərzində gürcülər bu regionda özlərini rəqabətsiz hesab edirdilər. Son illərdə bu vəziyyət dəyişib. Bunun bir səbəbi Tbilisidə avtoritar idarəçiliyin qurulmasıdırsa, əsas səbəb Ermənistanın azadlıq adasına çevrilməsidir. Bu gün Ermənistan bir çox gürcü üçün qibtə ilə baxılan ölkədir.
Siz Gürcüstanın da nail olmaq istədiyi bir hədəfə doğru irəliləyirsiniz – Rusiyanın təsirindən azad olursunuz. Ermənistanın Avropa və Amerika ilə sürətlə yaxınlaşmasının şahidi oluruq.
Ən əsası isə, Ermənistan yaxın keçmişdə Gürcüstanın oynadığı rolu öz üzərinə götürüb – demokratiyanın mayakına çevrilib. Bu gün bir çox gürcü azadlıq mühitini hiss etmək üçün müntəzəm olaraq İrəvana səfər edir. Biz Ermənistanı yenidən kəşf etdik və ona hörmət və rəğbət bəsləməyə başladıq.
Siz yalnız Nikol Paşinyanla Karen Karapetyan (Ermənistanın İvanişvilisi) və ya digər namizədlər arasında seçim etmirsiniz. Siz keçmişlə gələcək, əsarətlə azadlıq, yoxsulluqla rifah, müharibə ilə sülh arasında seçim edirsiniz.
Böyük əcdadlarınıza layiq olun və düzgün seçim edin. Biz sizə ümid bəsləyirik. Dünya sizə ümid bəsləyir.
Yaşasın Ermənistan!
Azadlıq Gürcüstana!
Հայաստանը կհաղթի! (Ermənistan qalib gələcək!)
Subyekt.az