![]()
2026-cı il mayın 17-də Savate (assault) idman növü üzrə açıq turnir təşkil olunacaq. Turnir Vətən uğrunda canından keçmiş şəhid Yalçın Mustafayevin əziz xatirəsinə həsr edilir.
Yarışda ölkənin müxtəlif bölgələrini təmsil edən komandaların iştirakı gözlənilir. Turnirin əsas məqsədi gənclər arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təşviqi, həmçinin şəhidlərimizin xatirəsinin daim uca tutulmasıdır.
Tədbir çərçivəsində iştirakçılar öz bacarıqlarını nümayiş etdirəcək, idman ruhu və dostluq mühiti ön planda saxlanılacaq. Yarışın yüksək səviyyədə təşkili üçün bütün zəruri hazırlıq işləri görülüb.
Təşkilatçılar turnirdə iştirak edəcək bütün komandalara uğurlar arzulayır və hər kəsi bu əlamətdar idman tədbirini izləməyə dəvət edir.
#azerbaijansavatefederation #birkimibirlikdə
Subyekt.az