![]()
Vətən Müharibəsi şəhidi Ceyhun Gözəlzadənin atası – Biləsuvar rayonunun Bəydili kənd sakini Nazim Gözəlov dünyasını dəyişib.
1976-cı il təvəllüdlü Nazim Gözəlov bir müddətdir xəstəlikdən əziyyət çəkirdi. O, Bakı şəhərində yerləşən tibb müəssisələrinin birində mədə əməliyyatı keçirmişdi. Məlumata görə, onda bədxassəli şiş aşkarlanmışdı. Təəssüf ki, son günlər vəziyyəti pisləşmiş və bu gün müalicə aldığı Biləsuvar Rayon Xəstəxanasında vəfat etmişdir.
Qeyd edək ki, oğlu – şəhid Ceyhun Nazim oğlu Gözəlzadə 2002-ci il aprelin 25-də Biləsuvar rayonunun Bəydili kəndində anadan olub. Orta məktəbi doğma kəndində başa vurduqdan sonra 2020-ci ilin iyul ayında Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmətə başlamışdır. Elə həmin il başlayan 44 günlük Vətən müharibəsində iştirak edən Ceyhun Gözəlzadə Ağdərə istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Allah şəhid atası Nazim Gözəlova rəhmət eləsin.
Məkanın cənnət olsun, şəhid atası!
Subyekt.az