![]()
Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal İbrahimov bölgədə mədəni həyatın inkişafına, milli dəyərlərin qorunmasına və vətəndaşlarla birbaşa ünsiyyətin gücləndirilməsinə xüsusi diqqət ayıran rəhbərlərdən biridir. Onun rəhbərliyi ilə son illərdə regionda bir sıra mədəni layihələr uğurla həyata keçirilib, muzeylərin fəaliyyəti canlandırılıb, gənc istedadların üzə çıxarılması üçün yeni imkanlar yaradılıb

Vüsal İbrahimovun fəaliyyəti yalnız mədəniyyət sahəsi ilə məhdudlaşmır. O, daim şəhid ailələri, qazilər və sosial qayğıya ehtiyacı olan insanlarla görüşlər keçirir, onların problemləri ilə yaxından maraqlanır və hər zaman əlinə düşən imkandan maksimum şəkildə istifadə edərək yardım göstərir. Onun bu səmimi münasibəti və diqqəti bölgə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır.
Bu gün Quba-Xaçmaz bölgəsində vətəndaşlar, muzey işçiləri və şəhid anaları Vüsal müəllim haqqında sevə-sevə danışırlarsa, bu, onun öz işini vicdanla, məsuliyyətlə və ürəkdən yerinə yetirdiyinin ən böyük sübutudur. O, rəhbər kimi həm kollektivinə, həm də cəmiyyətə insanlıq və mərhəmət nümunəsi göstərir.

Vüsal İbrahimov üçün mədəniyyət sadəcə tədbirlər toplusu deyil — xalqın ruhunu, tarixini və kimliyini yaşadan dəyərdir. Onun məqsədi təkcə mədəni irsi qorumaq deyil, həm də gələcək nəsillərə milli-mənəvi dəyərləri sevdirərək ötürməkdir.

Bu səbəbdən də o, həm əməkdaşlarının, həm də bölgə sakinlərinin hörmətini və etimadını qazanıb. Şəhid ailələrinin dəstəkçisi, mədəniyyətin qoruyucusu kimi tanınan Vüsal İbrahimovun fəaliyyəti bu gün Quba-Xaçmaz bölgəsində nümunəvi rəhbərliyin parlaq göstəricisidir.
Firəngiz Sabirqızı
Subyekt.az