![]()
Azərbaycanın müstəqillik dövrü tarixi dərin sınaqlarla, sürətli inkişaf mərhələləri və taleyüklü qərarlarla zəngindir. Bu tarixin son iyirmi ili isə bir şəxsiyyətin – Prezident İlham Əliyevin adı ilə birbaşa bağlıdır. Onun liderliyi altında ölkə həm daxili sabitlik, həm iqtisadi dirçəliş, həm də ərazi bütövlüyünün bərpası kimi fundamental nailiyyətlərə imza atmışdır.
Bəs əgər bu liderlik olmasaydı, Azərbaycan hansı yolla irəliləyə bilərdi? Bu sual həm siyasi, həm də strateji düşüncə tələb edir.

İlham Əliyevli Azərbaycan: Mövcud Reallıqlar
İlk növbədə daxili sabitlik və idarəetmə amili diqqət çəkir. Prezident İlham Əliyevin liderliyinin əsas dayaqlarından biri məhz ölkədə daxili sabitliyin qorunması, dövlət institutlarının gücləndirilməsi və idarəetmə sisteminin modernləşdirilməsidir.
İqtisadi inkişaf sahəsində isə enerji strategiyası mühüm yer tutur. Neft siyasətinin uğurla davam etdirilməsi, TANAP və TAP kimi beynəlxalq layihələrin icrası Azərbaycanı regional enerji təminatçısına çevirdi.
Bütün bu proseslər nəticəsində Azərbaycan daha güclü, daha sabit və müstəqil qərarlar qəbul edə bilən dövlətə çevrildi. Bu yüksəliş, illərlə qarşıda duran ən əsas məsələ – dövlət suverenliyinin bərpası üçün zəmin yaratdı.
Və nəhayət, Qarabağ Zəfəri. 2020-ci ildə baş tutan 44 günlük Vətən Müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi və tarixi ədaləti bərpa etdi.

Əgər 2003-cü ildən sonra ölkədə güclü liderlik formalaşmasaydı, sosial-siyasi xaosun, daxili qarşıdurmaların və dövlət idarəçiliyində böhranların baş verməsi real idi.
Bu, bizi 1992–1993-cü illərin qeyri-sabit və parçalanmış dövrünə geri aparardı. Strateji və hərbi hazırlıq olmadan Azərbaycan status-kvonu dəyişə bilməzdi. Qarabağın azad edilməsindən isə söhbət belə gedə bilməzdi.
Bu fonda geosiyasi itkilər də qaçılmaz olardı. Rusiya, İran və digər regional güclər qarşısında Azərbaycanın zəif mövqe tutması, suveren qərarlar qəbul etməkdə çətinlik çəkməsi ehtimal olunurdu.
Bu qısa xülasə kifayətdir ki, Prezident İlham Əliyevin Azərbaycan üçün yaratdığı formulu – Sabitlik, Qələbə və Diplomatiya – nə qədər uğurlu və strateji düşüncəyə əsaslandığını göstərsin.
Bu üçlüyə əsaslanan “Azərbaycan modeli”, Cənubi Qafqaz və postsovet məkanında unikal bir uğur nümunəsinə çevrilmişdir. Xüsusilə mürəkkəb geosiyasi mühitdə bu qədər davamlı nəticə əldə etmək yalnız uzaqgörən liderlik və məqsədyönlü siyasət nəticəsində mümkündür.
Bu siyasətin uğurlu davamı olaraq bu gün Azərbaycan prezidentinin ABŞ-a Rəsmi Dəvətini – Yeni Dövrün Başlanğıcı kimi dəyərləndirməmək mümkün deyil.
2025-ci ildə Prezident İlham Əliyevin ABŞ-a rəsmi səfərə dəvət alması, Azərbaycan diplomatiyasının və liderliyinin beynəlxalq səviyyədə tanındığının açıq göstəricisidir. Bu dəvət, həm enerji təhlükəsizliyi, həm də regional sabitliyin təmin olunmasında Azərbaycanın mühüm rol oynadığını sübut edir.
Gözlənilən uğurlar isə bunlardır: Enerji və investisiya əməkdaşlığının dərinləşməsi;
Müdafiə və təhlükəsizlik dialoqunun qurulması;
Azərbaycanın beynəlxalq nüfuzunun daha da artması.
ABŞ–Rusiya balansında Azərbaycanın rolu olacaqmı? İlham Əliyevin güclü lider olduğunu düşünəndə bu balansın yaradılacağına şübhədə yoxdur.
Hazırkı mərhələdə – Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir zamanda – Azərbaycanın ABŞ ilə münasibətlərini genişləndirməsi, təbii olaraq Rusiya ilə əlaqələrə də xüsusi həssaslıqla yanaşmağı tələb edir.
Geosiyasi Risklər diqqət edək. Hazırda Rusiya ABŞ-ın regionda təsirini artırmasını diqqətlə izləyir.
Bu vəziyyətdə Azərbaycan həm Rusiya, həm də Qərb üçün etibarlı əlaqə nöqtəsi rolunu davam etdirə bilər. Bu yaxınlaşma Azərbaycanın beynəlxalq nüfuzunu artırır, lakin bu proses peşəkar, balanslı və qlobal təhlükəsizlik kontekstində aparılmalıdır.
Bu gün Azərbaycan artıq etibarlı əllərdədir. Onun suverenliyini bərpa edən, güclü dövlətçilik təməllərini möhkəmləndirən və dünya siyasətində ölkəsini qürurla təmsil edən bir lideri var – İlham Əliyev.
O, nəyi nə zaman nə edəcəyini yaxşı bilir!
Bu formul – Sabitlik, Qələbə, Diplomatiya – təkcə bugünkü uğurların yox, gələcəyin də açarıdır.

Səbuhi Ağayev. (Səbuhi Kamran)
Subyekt.az