
Xaçmazın sabiq icra başçısı Şəmsəddin Xanbabayev vəfat edib. Subyekt.az qeyd edir ki, bu barədə “Qafqazinfo” demokrat.az-a istinadən xəbər verir. Şəmsəddin Xanbabayev 85 yaşında yaşadığı Xaçmaz şəhərində dünyasını dəyişib. O, sabah Bakıda dəfn ediləcək. Qeyd edək ki, Ş. Xanbabayev 2004-2019-cu illərdə Xaçmaz Rayon İcra Hakimiyyətinə başçılıq edib. İcra başçısı vəzifəsindən azad edildikdən sonra Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatının sədri vəzifəsində çalışıb.
Subyekt.az