![]()
Media nümayəndəsi Şəlalə Camalın müəllifi olduğu elmi işlər beynəlxalq konfransların materiallarında yayımlanıb və sertifikatlaşdırılıb.
Subyekt.az-a Daxil olan məlumata görə, Ş. Camal ilk olaraq Azərbaycan Elm Mərkəzinin (Azerbaijan Science Center) təşkilatçılığı ilə baş tutan “XX International Scientific Research Conference” platformasında “Fundamentals of Science and Education” istiqaməti üzrə iştirak edib. Onun müəllifi olduğu elmi iş “Scopus”, “EBSCO”, “Index Copernicus International” və “Google Scholar” tərəfindən indekslənən beynəlxalq elmi jurnalda dərc olunub və rəqəmsal obyekt identifikatoru (DOI) ilə təmin edilib.
Berlin Konfransında Həsən Seyidbəyli Yaradıcılığı İşıqlandırılıb
Müəllifin növbəti elmi işi Almaniyanın Berlin şəhərində keçirilən “7th International Scientific and Practical Conference — SCIENTIFIC EXPLORATION: BRIDGING THEORY AND PRACTICE” (European Open Science Space) çərçivəsində işıq üzü görüb.
Konfrans materiallarında yer alan məqalə Azərbaycan kinosuna həsr olunub. Müəllifin “The Main Features of the Character System in Hasan Seyidbeyli’s Films of the 1970s–1980s” (1970-1980-ci illər Həsən Seyidbəyli filmlərində obrazlar sisteminin özəllikləri) başlıqlı elmi araşdırmasına görə Şəlalə Camala beynəlxalq iştirak sertifikatı (0,8 ECTS krediti) təqdim olunub.
Elmi məqalələr artıq beynəlxalq səviyyədə sahə mütəxəssislərinin istifadəsinə verilib.


Subyekt.az