
Ermənistan Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız,bütövlükdə xalqımız əzm və iradə,bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir.
Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olmuş, yüz nəfərdən artıq hərbi qulluqçumuz itkin düşmüş, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdir. İşqal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur.
Bu gün qəhrəman şəhidlərimizin anım günüdür.
Məktəblərdə müəllimlərimiz şagirdlərimizə qəhrəmanlığı çox gözəl səviyyədə aşılayır və onlara şəhidlərimizi tanıtmaq məqsədi ilə yüksək səviyyədə tədbirlər həyata keçirirlər.
Bu gün bu tədbirlərdən biri,
Abşeron rayonu Atyalı Nübar qəsəbəsində yerləşən, Qubadlı rayonu Xanlıq kəndində Milli Qəhrəman Şükür Həmidovun adın daşıyan 3 saylı orta məktəbdə keçirlimişdir. Müəllim və şagirdlər şəhidlərimizin anım tədbirini xüsusi təyinatlı qüvvələrin baş leytinantı şəhid Sahib Yusif oğlu Şirəliyevin xatirə kompleksinin qarşısında və adını daşıyan parkda yad etmişlər.
Məktəbin şagirdləri anım gününə həsr olunmuş şeirləri ruh yüksəkliyi ilə səsləndirmiş və bir dəqiqəlik sükutla şəhidlərimizin ruhunu yad etmişlər.
Bu gün belə tədbirlərin butün ölkəmizi əhatə etdiyinə inanıram.
Şagirdlərə vətənpərvərlik ruhunun aşılanmasına və yüksək səviyyədə tədbirin təşgilinə görə Gülarə müəlliməyə və Xanlıq kənd Milli Qəhrəman Şükür Həmidovun adını daşıyan 3 saylı məktəbin kollektivinə təşəkkürümüzu, minnətdarlığımızı bildiririk. Şəhidlərimizin ruhu şad olsun!
Subyekt.az