İsmayıllı rayonu Tircan kənd sakini şəhid Həsrətov Xəyal Əzim oğlunun doğum günü məzarı yanında qeyd edilib. Mərasimdə RİH-nin məsul əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin rəisi, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, şəhid ailələri, kənd sakinləri iştirak edib. Öncə şəhidlərin xatirəsinə salınmış bulaq-kompleks və şəhidin məzarı ziyarət edilib, üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Çıxış edənlər şəhidin valideynlərinə, yaxınlarına başsağlığı verib.
Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Məlumat üçün qeyd edək ki, Həsrətov Xəyal Əzim oğlu 07 iyul 2005-ci ildə Tircan kəndində anadan olub. Orta təhsilini bitirdikdən sonra 2023-cü ilin iyul ayında həqiqi hərbi xidmətə gedib. Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində xidmət edib. O, 19 dekabr 2023-cü ildə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.
Allah şəhidlərimizə rəhmət eləsin.
#Azərbaycan #İsmayıllıRİH #Şəhidimiz
Subyekt.az