Bu gün Vətən müharibəsi şəhidlərindən olan Cəbrayıl Dövlətzadənin doğum günüdür.
O, 2001-ci il sentyabrın 11-də Sumqayıt şəhərinin Corat qəsəbəsində anadan olub.
C.Dövlətzadə müharibədə əlbəyaxa döyüşə girərək ermənilərin bir generalını və polkovnikini boğub öldürüb.
Hər kəs onu general-mayor Polad Həşimovun qisasını alan qəhrəman kimi tanıyır.
Sentyabrın 28-də Murovdağ döyüşləri zamanı Kəlbəcər rayonu ərazisində şəhid olan qəhrəman II Fəxri xiyabanda dəfn olunub.
Prezidentin sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!
Subyekt.az