Subyekt.az xəbər verir ki, İsmayıllıdan olan şəhid ailələri Zəfər Günü ilə əlaqədar işğaldan azad olunmuş ərazilərə səfər ediblər.
Şəhid ailə üzvləri səfər çərçivəsində Şuşa, Ağdam, Xocalı, Əsgəran və Xankəndinin zəngin tarixi, mədəni irsi, şəhərdə aparılan quruculuq və bərpa işləri ilə tanış olub, övladlarının şəhid olduğu yerləri ziyarət ediblər.
Səfər müddətində şəhidlərin yaxınları qəhrəman övladlarımızın keçdiyi şərəfli yoldan, onların şücaətlərindən bəhs ediblər.
Səfərdə iştirak edən şəhid valideynləri övladlarının işğaldan azad etdiyi Vətən torpağına səfərlərinin onlara bir təskinlik olduğunu qeyd edib, göstərilən diqqət və qayğıya görə Prezident cənab Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
#Azərbaycan #İsmayıllıRİH
#QarabağAzərbaycandır #ŞəhidlərÖlməz
#ZəfərBayramı
Subyekt.az