
07.02.2025-ci il tarixində Quba Tarix- Diyarşünaslıq Muzeyi və onun filialı Şəhidlər Muzeyinin birgə təşkilatçılğı ilə 44 günlük Vətən Müharibəsinin şəhidi Abdullayev Elməddin Telman oğluna həsr olunmuş tədbir keçirilib.
Tədbirdə YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Asəf Şirinov, şəhidin ailə üzvləri, şəhid ailələri, ADPU-nun Quba filialının müəllim və tələbələri, Quba rayon MKS-nin, Uşaq İncəsənət və Musiqi məktəbinin əməkdaşları, Quba şəhəri Mehrab Niftəliyev adına texniki fənlər təmayüllü liseyin, Quba Şəhər Hacıbaba Əliyev adına 1 saylı tam orta məktəbin və Quba rayon Qam-qam kənd tam orta məktəbin müəllim və şagird kollektivləri, Quba Tarix- Diyarşünaslıq Muzeyi və filiallarının əməkdaşları iştirak edirdi.
Dövlət Himni ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpağlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Abdullayev Elməddin haqqında və torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ordumuzun göstərdiyi qəhramanlıqlardan danışdılar, bu cür tədbirlərin gənc nəsillərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rol oynadığını qeyd etdilər. Məktəblilər şəhidlərimiz, ordumuz haqqında şeirlər söylədikdən sonra şəhidimizə həsr olunmuş video-çarx izlənildi.
Tədbir iştirakçıları sonda muzeydə şəhidə həsr olunmuş sərgi ilə tanış oldular.

.

.

.

.

Subyekt.az