![]()
Psixoloji və şəxsi inkişaf sahəsində araşdırmalar aparan yazar Səbuhi Kamran yeni kitabını oxuculara təqdim edib. “İntihardan Dönməyin Yolları: Həyata Yenidən Qayıdış” adlanan kitab ilkin olaraq elektron formatda təqdim olunub və artıq Amazon platformasında ingilis dilində iki fərqli dizaynda satışdadır. Yaxın günlərdə kitabın çap variantı da oxuculara təqdim ediləcək.
Kitabda gerçək insanların yaşadığı psixoloji və ruhi çətinliklərə, daxili mübarizələrə və həyatla yenidən bağ qurma yollarına yer verilib. Müəllif insanın emosional vəziyyətinin səbəblərini, psixoloji düşkünlüyə aparan faktorları və onlardan çıxış yollarını sadə, aydın və hər kəs üçün anlaşılan dildə izah edir.
Bu əsər yalnız psixoloji gərginlik yaşayanlar üçün deyil, həm də öz davranış və hisslərini daha dərindən anlamaq istəyən hər bir oxucu üçün nəzərdə tutulub. Kitab oxucunu düşünməyə, həyat prioritetlərini yenidən dəyərləndirməyə və daxili gücünü kəşf etməyə təşviq edir.
Müəllifdən mesaj:
“Kitabı oxuyun, ruhunuzun dirçəlişini hiss edin və yaşamağın əsl dəyərini yenidən kəşf edin.”
Ətraflı məlumat və yeniliklər üçün müəllifin sosial media hesablarını izləmək tövsiyə olunur.
Subyekt.az kollektivi olaraq Səbuhi Kamranı yeni kitab münasibətilə təbrik edir, ona davamlı yaradıcılıq uğurları arzulayırıq.


Subyekt.az