![]()
Mayın 24-də Səbail Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində elektrik avadanlıqlarının yenidən qurulması işi aparılacaq. Elektrik şəbəkəsinin gücləndirilməsi məqsədilə görülən işlərlə əlaqədar saat 10:00-dan 14:00-dək Xaqani küçəsi 23 və Şeyx Şamil küçəsi 16 ünvanlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Subyekt.az