
Şimali Koreya 18 ay ərzində Rusiyaya 15 800 konteynerdən çox sursat göndərərək, Ukraynaya qarşı müharibədə Kremlin kritik tədarükçüsünə çevrilib. Subyekt.az Turkustan.az – a istinadla xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb.
Peyk görüntüləri 2023-cü ilin avqustundan 2025-ci ilin martına qədər Şimali Koreyadan Rusiyaya ən azı 64 dəfə hərbi yük daşındığını göstərir. Qeyd olunur ki, bu təchizatlar vasitəsilə Rusiya ordusu təxminən 4,2-5,8 milyon patron əldə edib. Şimali Koreya sursatlarının daşınmasında Rusiya bayrağı altında üzən 4 yük gəmisi iştirak edib: “Anqara”, “Ledi R”, “Mariya” və “Maya-1”.
“Şimali Koreyadan sursat axını Rusiyaya hücumların tempini saxlamağa imkan verir, bu, Qərbin Ukraynaya hərbi yardımının effektivliyini zəiflədir”, – nəşr yazır.
“Newsweek”in fikrincə, nəzarət edilməzsə, bu silah axını döyüş meydanında vəziyyəti rusların xeyrinə daha da dəyişəcək.
Subyekt.az