Rusiya hökuməti dekabrın 1-dən ölkənin sərhədini keçə bilmək üçün biometrik məlumatları təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə aparılacaq eksperimenti təsdiqləyib.
Rusiyaya vizasız giriş üçün 30 iyun 2025-ci il tarixindən 30 iyun 2026-cı il tarixinədək keçiriləcək ikinci mərhələdə əcnəbilər əvvəlcədən biometrik və səfərin məqsədi haqqında məlumatlarını xüsusi tətbiqlə təqdim edə biləcəklər.
Dəyişikliklər Belarus vətəndaşlarına, altı yaşına çatmamış uşaqlara, xarici dövlətlərin Rusiyadakı diplomatik nümayəndəliklərinin və konsulluq idarələrinin diplomatlarına və əməkdaşlarına, habelə onların ailə üzvlərinə, beynəlxalq təşkilatların və onların ölkədə akkreditə olunmuş nümayəndəliklərinə, onların ailə üzvlərinə şamil edilməyəcək.
Sənəddə həmçinin bildirilib ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyi eksperimentlə bağlı xarici dövlətlərin diplomatik qurumlarını və konsulluqlarını xəbərdar etməyə borcludur.
Subyekt.az