
UNIAN-a istinadən xəbər veririk ki, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib.O, Ukraynanın müharibədə azı 600-700 min insan itirdiyini bildirib. Rusiya isə 800 min hərbçi itirib.Tramp söhbətin yalnız hərbçilərdən, yoxsa mülki vətəndaşlardan getdiyini açıqlamayıb.“Ölənlər hamınızın bildiyindən daha çoxdur”, – Tramp bildirib.ABŞ lideri qeyd edib ki, müharibə mümkün qədər tez başa çatdırılmalıdır.Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın 43 min hərbçi itirdiyini bildirmişdi.
Subyekt.az